Putin and içərək ağır cəza vəd etdi

Rusiya prezidenti əksəriyyəti uşaq olmaqla, 64 nəfərin ölümü ilə nəticələnən yanğının cavabdehlərinin ağır şəkildə cəzalandırılacağına and içib.

Kemerova şəhərində baş verən hadisə yerini ziyarət etdikdən sonra Vladimir Putin çərşənbə gününü ölkədə matəm günü elan edib.

Kemerovo şəhərində minlərlə adam nümayişə çıxıb, onlar rəsmilərdən cavab istəyir, regional hökumətin istefasını tələb edir.

Şəhər mərkəzinə əvvəlcə bir neçə yüz adam çıxıb, sonradan kütlə böyüyüb.

Ölkəmizdə nə baş verir? Burada döyüş əməliyyatı getməyib, şaxtadan metan qazı sızmayıb. Adamlar, uşaqlar istirahətə gəliblər”, – Putin region rəsmiləri ilə görüşündə deyib. Görüş televiziya ilə yayımlanıb.

Demoqrafiyadan danışırıq və bu qədər adam itiririk – niyə? Kriminal səhlənkarlıq və pintilik üzündən”, – Putin deyib.

​Daha sonra ölənlərin yaxınları da daxil olmaqla, bir qrup yerli sakinlə görüşən Putin deyib:

Şübhəniz olmasın: Günahı olanlar cəzalandırılacaq”.

O, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərliyi ilə 100 müstəntiqin hadisə yerində işlədiyini bildirib.

Putin xəstəxanada yaralılara da baş çəkib, amma regional administrasiya binası qarşısındakı mərkəzi meydana toplaşmış minlərlə etirazçının qarşısına çıxmayıb.

Ticarət mərkəzində yanğında ölənlərin siyahısı açıqlanıb. “Interfax” xəbər agentliyi ölənlərin 41-nin uşaq olduğunu yazır.

Müstəntiqlər təxliyə çıxışlarının qanunsuz şəkildə bağlı olduğunu, yanğın xəbərdarlıq sisteminin işləmədiyini bildirib.

Qeyd edək ki, Rusiyada Putinin hakimiyyətdə olduğu 18 il ərzində ölümlə nəticələnən bir neçə faciə baş verib, səbəb də korrupsiya və səhlənkarlıq göstərilib. (Amerikanın səsi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button