Putin iş adamı Namiq Abbasəliyevə bir günə cavab verib

İşimi istədikləri rüşvəti vermədiyimə görə bağladılar

Avtovağzal rəhbərliyi xarici reyslərlə sərnişindaşıma xətlərinini inhisara götürüb və bu reysləri qanuni şəkildə təşkil edənlərə süni əngəllər yaradılır. Bu barədə xural.com-a illərlə Bakı-Kazan avtobus reysi üzrə işləmiş Namiq Abbasəliyev məlumat verib. Onun sözlərinə görə, 2013-cü ilin əvvəlindən Kazan-Bakı-Kazan reysində çalışıb. “Ayda iki dəfə olan reys Kanavalov soyadlı Rusiya vətəndaşına məxsus “Qlobal” firması tərəfindən qanuni şəkildə həyata keçirilirdi. Azərbaycan tərəfdən isə reysin təşkili üçün “Trans-kontrol” şirkəti ilə müqavilə bağlanmışdı. Reysin təşkili isə Bakı Avtovağzalı tərəfindən həyata keçirilirdi”.

Nami Abbasəliyev bildirir ki, 9 ay sonra müqavilə dayandırılıb. “Əsas kimi onu göstərdilər ki, guya Kanavalov Azərbaycan haqqında söyüş söyüb. Halbuki belə bir şey olmamışdı. Bunu edən Bakı Avtovağzalında mühəndis olan Mehdi adlı şəxs idi. Müqavilənin ləğvindən sonra hər reys üçün 400-500 manat rüşvət verərək işləməyə davam etdik. Qanunla bizdən yalnız bilet pulunun faizini almalı olduqları halda, hər avtobusda 48-50 sərnişin olurdusa, onun cəmi 4-5 nəfəri sənədləşdirilirdi. Qalan sərnişinlərin pulunu isə ciblərinə qoyurdular”.

20 manatlıq “dazvol”u 200 manata satırlar

namiq abbaseliyev1

Şikayətçi bildirir ki, Avtovağzal rəsmiləri bununla da kifayətlənməyiblər və 2014-cü ilin mart ayından başlayaraq onların reysinin birinin əvəzinə öz reyslərini açıblar. “2015-ci ilin noyabr ayınadək bu cür işləməyə davam etdik. Dekabr ayında Moskva ilə danışaraq Kazan reysi üzrə Azərbaycandan “Xan” şirkəti ilə müqavilə bağladıq. Nəqliyyat Departamentinin də “haqqını” verib beynəlxlaq reyslər üçün icazə sənədi olan “Dazvol” adıq. Müqaviləyə əsasən 2016-cı ilin dekabr ayınadək bu reys üzrə sərnişindaşımanı həyata keçirməli idik. Bakı avtovağzalında isə işin təşkilini “XXI əsr” şirkəti təmin etməli idi. Ancaq şirkət bu müqavilə üzrə öhdəliyinə əməl etmədi. Belə ki, bizim reyslə yanaşı, özləri də 2-5-ci günlər əlavə Bakı-Kazan reysi açdılar. Buna görə də işləyə bilmirdik”.

Namiq Abbasəliyev deyir ki, bu ilin aprel ayında onları tamamilə avtovağzaldan çıxarıblar. Onun sözlərinə görə, reyslərin təşkilinə icazə verilməməsinin arxasında rüşvət durur. “Beynəlxalq reyslər üçün icazə kağızının (“dazvol”) rəsmi qiyməti 20 manatdır. Həmin sənədi isə avtovağzalda 200 manata satırlar. Halbuki bu sənədi Nəqliyyat Departamenti verməlidir. Onlar isə əllərində istənilən şəxsə satırlar. Bu sənədi satmaq üçün bizim kimi qanuni şəkildə müqavilə bağlayaraq fəaliyyət göstərənləri müxtəlif bəhanələrlə sıradan çıxarırlar”.

Rusiya prezidenti Putin 1 günə mənə cavab verdi

namiq abbaseliyev2

Şikayətçinin bildirdiyinə görə, bütün bu oyunlara görə aylardır işsiz qalıb. Ölkə başçısına və baş prokurora ərizə və şikayətlər yazıb. “31 may tarixində Rusiya prezidenti Vladimir Putinə də elektron qaydada müraciət etdim, iyun ayının 1-də cavab aldım. Azərbaycandakı instansiyalara bildirişli məktubla müraciətlərimə isə cavab verilmir. Yalnız bir dəfə Binəqədi rayon prokurorunun köməkçisi çağırıb, 1 dəfə də 40-cı polis bölməsində olmuşam. Təhqiqqatçıya izahat yazdım, amma heç bir nəticəsi yoxdur. Neçə aydır işləmirəm, 82 yaşımda anamı, ailəmi, 2 uğağımı dolandıra bilmirəm. Heç sosial yardım da ala bilmirəm” – deyən N.Abbasəliyev işinin bərpa olunmasını istəyir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button