Putin sərt danışdı: Mümkün olmayacaq

Vladimir PutinRusiya prezidenti Vladimir Putin Rusiyanı kiminsə yenidən kodlaşdırmağa və öz kodlarını yazmağa nail ola bilməyəcəyini bildirib.

xural.com avropa.info-ya istinadən xəbər verir ki, Rusiya günü münasibəti ilə Kremldə keçirilən tədbirdə danışan Putin xarici qüvvələri kəskin dillə tənqid edib:
“Ölkəmizdəki vətənpərvərlik hissi o qədər dərin və güclüdür ki, kimsə heç bir zaman Rusiyanı yenidən kodlaşdırmaq niyyəti ilə öz kodlarını yazmağa nail olmayacaq. Bizi kimsə öz köklərimizdən qoparıb təcrid edə bilməyəcək.”
Rusiyanın son 25 illik dövründə xalqın keçmişinə və vətəninə bağlılığını bir daha təsdiq etdiyini vurğulayan dövlət başçısı Putin kənardan edilən təlqinlərlə Rusiyanın başqa bir formata salınmasının mümkün olmayacağını söyləyib.
Rusiyanın 25 il bundan öncə müstəqilliyini elan etdiyini, təkcə o dövrdə mövcud olan problemlərin öhdəsindən gəlmədiyini, eyni zamanda demokratikləşmə və bazar iqtisadiyyatına keçiddə böyük nailiyyətlər də əldə etdiyini qeyd edən Putin müasir, açıq və müstəqil bir ölkə qurduqlarını bildirib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button