Putindən seçki açıqlaması:“Nəticələrə görə təşəkkür edirəm”

“Seçkilərdə məni dəstəklədiyinlərin hər birinə təşəkkür edirəm”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Krımın anneksiyasının 4 illiyinə həsr edilən mitinq-konsertdə deyib.

Moskvanın Manej meydanında keçirilən tədbirə gələn Putin bildirib: “Nəticələrə görə təşəkkür edirəm. Siz – bizim ümumi komandasınız, mən sizin komandanın bir üzvüyəm. Bu gün səs verənlərin hamısı bizim ümummilli komandadır. Mən burda son bir ildə çətin şəraitdə görülən işin nəticəsini görürəm, burda etibar və ümid görürəm. İnsanlarımızın ümidi onadır ki, biz yenə məsuliyyətli və daha çox nəticəyə hesablanan gərgin işimizi davam edək”.

Qeyd edək ki, bu dəqiqəyə olan məlumata görə, Putin 74,86 faizlə liderlik edir. Ondan sonrakı yeri 13,5 fazilə Qrudinin, 6,37 faizlə Jirinovski, 1,42 faizlə Sobçak tutur/Axar.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button