Putinin Əliyev və Ərdoğanla görüş tarixi bəlli oldu

Rusiya prezidenti Vladimir Putin Bakıya 12-13 iyun tarixində gələcək.

Avropa.info xəbər verir ki, Putin Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
12 iyun Rusiyada bayram sayılsa da, Putin Kremldən keçirilən təntənəli mərasimdən həmən sonra Bakıya uçacaq. Avropa Oyunları mərasimini isə axşam qəbul edəcək.

Ertəsi gün – 13 iyunda Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub. Bundan başqa Putin Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Görüşdə “Türk axını” qaz kəmərinin detalları müzakirə ediləcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button