Putinlə Ərdoğan Bakıda bir arada

Bakıda gözlənilən görüş - Putinlə Ərdoğan bir arada

Dünən Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

xural.com-un Anadolu Agentliyinə istinadən məlumatına görə, açılış mərasimində bir neçə ölkə lideri, rəsmi nümayəndələr iştirak edib.
Bakıdakı açılış mərasimi çərçivəsində gözlənilən görüş də baş tutub. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb.
Sözügedən görüşün anonsu Rusiya mətbuatında 1 həftədən çoxdur ki, verilirdi. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Bakı görüşünü belə şərh etmişdi:
“Əslində bu, çox mühüm görüşdür. Birincisi, onlar (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) çoxdandır görüşmürlər, Rusiya və Türkiyə həm iqtisadi-ticarət, həm investisiya, həm də digər sahələr üzrə iri layihələrdə mühüm tərəfdaş olaraq qalırlar.
Ona görə də dövlət rəhbərlərinin görüşü zamanı gündəmdə olan məsələlərin siyahısı çox genişdir, həm də bu görüşlər Türkiyədə baş tutan Parlament seçkilərindən sonra olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button