Qəbələni sel basdı – insanlar köməksiz qalıb

img1908925Qəbələdə insanlar köməksiz vəziyyətdə sel təhlükəsi qarşısında qalıb. Hazırda rayonun Nic kəndi ərazisində olan hüquq müdafiəçisi Mahirə Əmirhüseynova müsavat.com-a bildirib ki, bir neçə saat öncədən başlayaraq rayona güclü yağış yağır, artıq bir çox yerləri sel basır: “Getdiymiz maşın CİP-dir, maşının aynalarına qədər su qalxıb. Balaca maşınlar selə təslim olur, bir neçə maşın tamamilə suyun altında qalıb. Adamlar panikadadır, əksər insanlar hündür yerlərə çıxıb seldən qorunmağa çalışır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button