Qənimət Zahidi şərləyən qadın tutuldu

get_img

Oğurluqda təqsirli bilinən Sevgiladə Quliyeva 2009-cu ildə həbs edilmişdi

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sağlamlıq Kompleksində işləyən Xanım Nəsirovanın və Alisa Cəfərovanın iş otaqlarından, habelə Gülnarə Axundovanın çantasından pul oğurlayan qadın tutulub. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Sevgiladə Quliyevadır.

Modern.az saytına məlum olub ki, tutulan qadın Azərbaycan cəmiyyətinə və mediaya yad şəxs deyil. 2007-ci ildə məhz onun şərləməsindən sonra “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid tutulmuşdu. İndi Fransada mühacirətdə baş redaktor Q.Zahid Sevgiladə Quliyevaya guya, sevgi komplimenti söyləməsindən sonra Vüsal Qasımovu döyməkdə ittiham olunaraq hətta 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, indi oğurluqda təqsirli bilinən Sevgiladə Quliyeva 2009-cu ildə həbs edilib. Onu o zaman Xətai rayon Polis İdarəsinin əməkdaşları yaxalamışdılar. Ağdam rayon sakini Sevgiladə Quliyevanın saxlanılmasına səbəb “Xətai” metrosunun yaxınlığında narkotik maddədən istifadə etməsi olmuşdu.

Onun üzərindən 0.63 qram heroin tapılmış və narkotik maddədən istifadə etdiyini boynuna almışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button