Qəzada ölən hərbiçimizin adı açıqlandı

19.07.13 

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonu ərazisində baş verən avtomobil qəzasında həlak olan hərbiçimizin kimliyi ilə bağlı məlumat yayıb. 
Nazirliyin saytının verdiyi məlumata əsasən, Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində “Toyota” markalı minik avtomobili və “PAZ” markalı avtobus toqquşub. Nəticədə, avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Müəyyən edilib ki, 1978-ci il təvəllüdlü Əbülfəz Elxan oğlu Əliyev hadisə yerində ölüb, 7 nəfər xəsarət alıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri ərazidə müvafiq xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat saat 16:00-da başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button