Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü başlayıb – FOTO

Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

AzərTAC-ın məlumatına görə, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini yad ediblər.“Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun abidəsi önünə gül dəstələri düzüblər.

Hazırda Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb. Sonra isə görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button