Qəbələnin 25 sakini haqsızlığa belə etiraz etdi – Ermənistana keçmək istədi

C

Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək, Ermənistan tərəfə keçməyə çalışıblar. 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla gəlsələr də, istəklərinə çata bilməyiblər. Onlar Ağdamda polis işçiləri tərəfindən mühasirəyə alınıblar. Bu barədə Meydan TV-yə hadisə iştirakçısı, hazırda Ağdamda olan Qəbələ sakini Ramin İsmayılov məlumat verib.

O bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır:

“Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. “Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, Vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Ermənistan tərəfə keçmək istəyən 25 nəfər olmaqla 8 ailə Ağdam polis şöbəsindədir. Ailələr Prezident Administrasiyasından bir nəfər nümayəndənin gəlib onların şikayətləri ilə maraqlanmasını istəyirlər.

Ağdam rayon polis şöbəsindən Meydan TV-yə hadisənin baş verdiyini təsdiq etdilər. Polis işçisi İsmayılov bildirib ki, ailələr polis şöbəsindədirlər. Məsələ ilə bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button