Qənimət Zahidovun qohumlarının məhkəməsi başa çatır

Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə Rüfət və Rövşən Zahidovların işi üzrə proses başa çatır. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunurlar. Sözügedən şəxslər siyasi mühacir, “Azərbaycan saatı” teleproqramının rəhbəri Qənimət Zahidovun qohumlarıdır.

İyunun 3-də keçirilən iclasda hakim məhkəmə istintaqının başa çatdığını elan edib. İyunun 10-da prokuror yekun sözlə çıxış edəcək.

Müttəhimlərin vəkilləri hesab edirlər ki, məhkəmə obyektiv istintaq aparmayıb, müdafiə tərəfinin sübutlarını araşdırmayıb.

Proses zamanı müttəhimlər bildiriblər ki, doğmalarının həbs olunacağı ilə bağlı hədə-qorxu, şantaq altında etirafedici ifadələr veriblər.

Zahidovlar 2015-ci ilin iyulunda narkotik maddənin saxlanması və satışı ittihamı (CM-in 234.4.1 və 234.4.3-ci maddələri) ilə həbs olunublar. Onları 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Bu, “Azərbaycan saatı” proqramında ölkənin hakim elitasının cinayət əməlləri və korrupsiya faktları barədə reportajlardan sonra baş verib.

Proqramın rəhbəri və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov qohumlarının həbsini hakimiyyətin tənqidinə son qoyması məqsədilə ona təzyiq göstərilməsi üçün siyasi sifariş hesab edir.

Son illər o, Fransada siyasi mühacirətdə yaşayır və “Azərbaycan saatı” proqramı da oradan yayımlanır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button