Qərbi Azərbaycanlılar təklif edir: Köhnə Başkənd yaşayışa açılsın!

“Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi” İB-nin təşkilatçılığı ilə iyun ayının 20-də, saat 14.00-da BMM-nin iclas zalında toplantı keçiriləcək. Bu haqda xural.com-a təşkilatın sədri Rizvan Talıbov məlumat verib. Onun sözlərinə görə, Qərbi Azərbaycandan olan ziyalıların bir qisminin bir araya gəlməsi ilə yığıncaq keçiriləcək və Gədəbəydə yerləşən Köhnə Başkənd yaşayış massivinin Qərbi Azərbaycandan olan qaçqınlarla məskunlaşdırılması təklifi müzakirə olunacaq. Toplantıda bu strateji kəndin yaşayış məskəni kimi açılması təklifi ilə prezident İlham Əliyevə müraciət olunması gözlənilir.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button