Q.İbadoğlu hakimiyyətin bahalı kreditlər cəlb edilməsi siyasətini tənqid edib

Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsi üçün xaricdən borc alınması siyasətini tənqidə məruz qoyub.

Onun fikrincə, Dünya Bankının şərtlərini qəbul edib şəffaflığı və hesabatlılığı artırmaq, əvəzində sərfəli şərtlərlə kredit almaq daha məntiqli olardı, nəinki yüksək faizlə vəsait götürmək.

İbadoğlu öz facebook səhifəsində yazıb ki, Azərbaycan hökuməti CQD səhmlərini illik 6,9%-lə yerləşdirir. Bu, çox yüksək borc öhdəlikləridir ki, bu öhdəliklərin altına girməyə dəyməz.

Hökumət Dünya Bankının şəffaflığı artırmaq şərtlərini qəbul etməmək üçün bahalı borc öhdəlikləri götürür, ekspert belə hesab edir.

Hazırda Azərbaycanın ildə 16 mlrd. kubmetr qaz keçiriciliyi olan, 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan Transanadolu qaz kəmərinin (TANAP) həyata keçirilməsi ilə bağlı 5 mlrd. dollar məbləğində kreditə ehtiyacı var.

10 mlrd. dollar dəyəri olan layihədə 58% SOCAR-a, 30% Türkiyənin “BOTAŞ” şirkətinə və 12% BP-yə məxsusdur.

Avropa İnvestisiya Bankı artıq bu layihə üçün 1 mlrd. avro ayrılması haqqında qərar qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button