Qaçırılmış Misir təyyarəsinin videosu yayıldı, terrorçu sığınacaq tələb edib –VİDEO

teyyare-radar

Misirin “Egypt Air” aviaşirkətinin naməlum şəxslər tərəfindən qaçırılmış “A320” sərnişin təyyarəsi Kiprdəki Larnaka aerportuna eniş edib.

“Reuters”in məlumatına görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlı olub. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, heç kimin zərər çəkmədiyi bildirilib. Təyyarəni qaçıran şəxs tələb edib ki, istəkləri yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Artıq bütün sərnişinlər azad ediliblər. Terrorçu azad edilən kiprli qadın vasitəsilə dörd səhifəlik məktubu səlahiyyətlilərə çatdırıb. İbrahim Şamaxa Ərəb dilində yazılan məktubda Cənubi Kiprdən sığınacaq tələb edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button