Qadınlar magistral yolu kəsdilər – FOTO

sumqayit aksiya“NİDA” Vətəndaş Cəmiyyətinin FB səhifəsində yayılan məlumata görə, Sumqayıtda şəhid ailələri mərkəzi yollardan birini bağlayaraq aksiya keçirirlər. Onlar evlərinin sökülməsinə etiraz edirlər.

Şəhid ailələrinin qadın üzvləri magistral yollardan birində oturaq aksiya keçiriblər. Onlar icra hakimiyyətinin rəsmi nümayəndələri ilə görüş və problemlərinin həllini qoyublar.

“Yaşadıqları mənzillərdən müvafiq müavinətin ödənilməməsi onsuz da ağır durumda yaşayan bu insanların əsəblərini tarıma çəkib. Nə onlarla görüşən var, nə də sözlərini dinləyən. Bilmək olmur, şəhidlərimiz canlarını bu torpaq yolunda fəda edəndə, indi vəzifədə oturan bu məmurlar harada nə işlə məşğul idilər. Heç olmasa səsimizi dinləsinlər. Bir saatdan artıqdır ki, aksiya davam edir, icra başçısı Eldar Əzizov və də onun nümayəndələri bizimlə maraqlanmayıblar” deyə aksiya iştirakçılarından biri narazılığını bildirib.

İcra hakimiyyətilə dəfələrlə əlaqə qurmaq cəhdimiz alınmadı. Hadisəni diqqətdə saxlayacıq.

s ss

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button