“Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşadırma” təqdim edildi

Bakıda Avropa Şurasının Şərq Tərəfdaşlığı ölkələrində “Qadınların Siyasi Təmsilçiliyinə dair Regional Araşadırma”nın təqdimatı olub. Araşdırma Avropa Şurası və Avropa Komissiyası arasında proqam üzrə 2015-2017-ci illəri əhatə edən əməkdaşlığın bir hissəsi kimi həyata keçirilib.

Xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, “Hilton” otelində keçirilən tədbirdə açılış nitqi ilə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Herneyeş, Avropa İttifaqının Azərbaycandakı rəhbəri Kestutis Jankauskas, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycandakı rəhbəri Sonia Fontaine və Xarici İşlər Nazirliyinin nümayəndəsi Fərəh Acalova çıxış ediblər.
Araşdırmanın təqdimatı Avropa Şurasının proqram üzrə məsləhətçisi Corniella Perle və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayıl tərəfindən edilib.

Bildirilib ki, araşdırma nəticəsində “Şərq Tərəfdaşlığı” ölkələrində – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada qadınların siyasətdə təmsil olunmasını məhdudlaşdlran əsas faktların və maneələrin nədən ibarət olması müəyyən edilib.
Nəticələrə görə, bütün bu ölkələrdə qadınların siyasi vəzifə tutmağa çalışması həm qanunvericilik oraqanı, həm də inzibati səviyyədə seçilmık imkanları kişilərlə müqayisədə azdır.

Belarus istisna olmaqla digər bütün ölkələrdə qadınlar parlamentdə yerlərin 20 faizindən azını tutur. Belarusda isə bu rəqəm 30 faizdir.

Hər bir ölkədə qanunvericiliyin vəziyyətinin öyrənilməsi nəticəsində məlum olub ki, qadınlar və kişilər arasında bərabərliyin hüquqi əsasları mövcud olsa da, siyasi həyatda reallıq başqadır. Xüsusi tədbirlərin görülməsi nəticəsində bəzi irəliləyişlərin olmasına baxmayaraq, qadınların namizəd kimi çıxış etməsi və seçilməsi hallarında əhəmiyyətli dərəcədə artım olmayıb.

Hesabatda qadınların siyasətdə təmsil olunmasının dəstəklənməsi ilə bağlı siyasi partiyaların rolu araşdırılıb. Müəyyən edilib ki, bir sıra istisnaları çıxmaq şərtilə qadınlar partiyaların idarəetmə orqanalrında ciddi rol oynamırlar.

Buna baxmayaraq, bəzi Şərq Tərəfdaşlığı ölkələrində, bütövlükdə regionda qadımların siyasi iştirakını artırmaq üçün qəbul edilə bilən uğurlu təcrübə nümunələri, dəstəkləyici tədbirlər və strategiyalar, həmçinin tövsiyələr vardır.

Qadınların siyasi təmsilçiliyinin artırmaq üçün mexanizmlərdə Azərbaycan perspektivinə aid paneldə Milli Məclisin deputatları – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahibə Qafarova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin uzvü Sevin Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış ediblər.

Rəşad VAQİFOĞLU
Forolar müəllifindir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button