Qafqaz Universiteti bağlandı və lider oldu…

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10885 xəbər yerləşdirilib. Bunlardan 532 xəbər mənfi, 62 xəbər müsbət və 10291 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Qafqaz Universiteti (429 xəbər – universitetin bağlanması), Dövlət İqtisad Universiteti (30 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Müəllimlər İnstitutu (20 xəbər – universitetdə olan dəhşətli saxtakarlıq). Müsbət xəbərlər arasında isə Azərbaycan Kooperasiya Universiteti (17 xəbər – rektorun BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilməsi) liderdir.

Xəbər sayına görə sıralama:

  1. Qafqaz Universiteti                            1303 xəbər
  2. Bakı Ali Neft Məktəbi                      1197 xəbər
  3. Bakı Dövlət Universiteti                   1172 xəbər
  4. Dövlət İqtisad Universiteti                661 xəbər
  5. Dövlət Aqrar Universiteti                  621 xəbər
  6. Dövlət Neft və Sənaye Universiteti   495 xəbər
  7. Azərbaycan Dillər Universiteti          479 xəbər
  8. ADA Universiteti                              444 xəbər
  9. Azərbaycan Texniki Universiteti       401 xəbər
  10. Azərbaycan Tibb Universiteti            383 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1265 xəbər dərc edilib. Bu xəbərlərdən 1241-i neytral, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Qafqaz Universiteti (22 xəbər – universitetin bağlanması), Bakı Slavyan Universiteti (1 xəbər – universitetdə metamarfoza) və Dövlət İqtisad Universitetinə (1 xəbər – rüşvət qalmaqalı) məxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

  1. Bakı Dövlət Universiteti                               169 xəbər
  2. Bakı Ali Neft Məktəbi                                   123 xəbər
  3. Qafqaz Universiteti                                       91 xəbər
  4. Dövlət İqtisad Universiteti                            85 xəbər
  5. Bakı Slavyan Universiteti                              75 xəbər
  6. Dövlət Aqrar Universiteti                              68 xəbər
  7. Azərbaycan Tibb Universiteti                        60 xəbər
  8. Moskva Dövlət Universitetinin Bakı filialı   56 xəbər
  9. Azərbaycan Texniki Universiteti                   56 xəbər
  10. Dövlət Neft və Sənaye Universiteti              55 xəbər

İyul ayında televiziya kanallarında universitetlər haqqında 196 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

 

  1. Daxili İşlər Nazirliyi Polis Akademiyası                   25 xəbər
  2. Dövlət Neft və Sənaye Universiteti                          24 xəbər
  3. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası      17 xəbər
  4. ADA Universiteti                                                      15 xəbər
  5. Bakı Slavyan Universiteti                                          14 xəbər
  6. Bakı Dövlət Universiteti                                           12 xəbər
  7. Azərbaycan Turizm və Menecment Universiteti       11 xəbər
  8. Dövlət İqtisad Universiteti                                        11 xəbər
  9. Dövlət İdarəçilik Akademiyası                                 9 xəbər
  10. Qafqaz Universiteti                                                   8 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 44 xəbər oxunub.

Xəbər sayına görə sıralama:

 

  1. Qafqaz Universiteti Məktəbi                                                13 xəbər
  2. Daxili İşlər Nazirliyi Polis Akademiyası                               9 xəbər
  3. Bakı Ali Neft Məktəbi                                                          7 xəbər
  4. Dövlət İqtisad Universiteti                                                   3 xəbər
  5. Dövlət Neft və Sənaye Universiteti                                     3 xəbər
  6. Azərbaycan Tibb Universiteti                                               3 xəbər
  7. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi          2 xəbər
  8. Milli Aviasiya Akademiyası                                                 1 xəbər
  9. Azərbaycan Texniki Universiteti                                          1 xəbər
  10. Azərbaycan Dillər Universiteti                                             1 xəbər

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button