Qalatasaray-Fənərbaxça oyunu təxirə düşdü

fener-1

Türkiyə Super Liqasında bu axşam Bakı vaxtı ilə saat 22:00-da “Qalatasaray” və “Fənərbaxça” klubları arasında oynanılacaq derbi matçı təxirə salınıb.

Strateq.az türk mediasına istinadən xəbər verir ki, matçın təxirə salınmasına səbəb ölkənin güc strukturlarına oyun ərəfəsində terror törədiləcəyi siqnalının daxil olmasıdır. Gün ərzində matçın keçiriləcəyi “Türk Telekom” arenasının təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülsə də, son anda qərara gəlinib ki, oyun başqa vaxta keçirilsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button