“Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır”

Sergey Markov

Rusiyalı ekspert Kazan prinsiplərini açıqladı

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin qismən diplomatik həlli üçün əlverişli şərait yaranıb. Ermənistan və Azərbaycan müvəqqəti tarixi güzəştlərə gedə bilərlər”.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, münaqişənin qismən diplomatik həlli hazırlanmasında Dmitri Medvedevin də iştirak etdiyi Kazan prinsiplərinin həyata keçirilməsi ilə mümkün ola bilər.

“Prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bundan savayı, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır”, – Markov belə deyib.

Onun sözlərinə görə, bu həll yolu münaqişə iştirakçılarının əksəriyyətini qane edir.

“Bu ssenarinin gerçəkləşdirilməsinə iki həftədən sonra da başlamaq olar”, – ekspert bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button