Qarabağ gündəliyi-4

Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” bülleteninin 4-cü sayı çapdan çıxıb. Kitab 2010-cu ilin 2-ci yarısı ərzində Azərbaycana qarşı erməni işğalının nəticələrinin aradan qaldırılması və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri, təklif olunan variantları, Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici ekspertlərin mövqelərini xronoloji ardıcıllıqla əks etdirir. Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur.
Bülletenlər geniş Oxucu kütləsi, o cümlədən, siyasətçilər, ekspertlər, tədqiqatçılar üçün yararlı ola bilər.

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button