Qarabağ üzrə danışıqlar pik nöqtəsinə dirənib

“Wikileaks” İnternet-resursu ABŞ-ın Parisdəki səfirliyinin teleqramını açıqlayıb “Wikileaks” internet-resursunun açıqladığı ABŞ-ın Parisdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Endryu R.Yanqın 2010-cu il 22 fevral tarixli teleqramında bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar pikə dirənib. Sənəddə Fransa Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin rəhbəri Rolan Qalaraqanın ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müavini Aleksandr Yerşbou və ABŞ dövlət katibinin Avrasiya regionu üzrə köməkçisi Spenser Boyerlə şəxsi görüşünün təfərrüatlarından sitat gətirilir. Söhbət əsnasında Rolan Qalaraqa güman edir ki, Dağlıq Qarabağ üzrə danışıqlar pik nöqtəsinə çatıb. Artıq “ATƏT-in Minsk qrupu hərəkət etmir”. O deyib, “hazırda Fransa hakimiyyətinin ermənilərə təzyiq göstərmək imkanları yoxdur, çünki erməni mənşəli Fransa vətəndaşları təqribən 500 min səsə sahibdirlər. Fransada isə regional seçkilər martda keçiriləcək”. Onun ehtimallarına görə, Qafqaz regionuna tezliklə təsir göstərə biləcək digər amillər İranda baş verən qeyri-sabitlikdir. Rolan Qalaraqa istinadən göstərilir ki, “Azərbaycan, Ermənistan və Türkmənistan İranla ticari və enerji əlaqələri məsələlərində mühüm rol oynayır və onlar İrana qarşı hazırda ABŞ Konqresində nəzərdən keçirilən qadağalardan bilavasitə əziyyət çəkə bilərlər. Eyni zamanda, BMT-də daha sərt qadağaların qoyulmasına göstərilən səylər bu üç ölkənin İrana yanaşması ilə bağlı gələcək qarşılıqlı fəaliyyət üçün imkan yarada bilər”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button