“Qarabağdakı status-kvo dözülməzdir”

Federika Mogerini

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo dözülməzdir”.

Bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində deyib.

O, ötən il boyunca təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq cəhətdən tanınmış sərhəd boyunca zorakılıq hallarının artmasının müşahidə olunduğunu xatırladıb:

“Ağır silahlardan istifadə olunub, dinc əhali hədəfə alınıb. Münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli həmişəkindən daha vacibdir. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə dəstəyimiz davamlıdır. Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək. Təhlükəsizliklə bağlı vəziyyəti stabilləşdirmək üçün edilən istənilən səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Aİ tərəfindən tam dəstəklənəcək. Bu məsələ ilə bağlı müsbət addımların atılması halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq. Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət nümayiş etdirmək və sülh yolu ilə həll istiqamətində addım atmalarının vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən gələni etməyə hazırıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button