“Qardaşlar qrupu”-nun üzvünü maşın vurub öldürdü

Şirvanda ölən piyada “Qardaşlar qrupu”-nun üzvü olub - YENİLƏNİB

Şirvanda Saatlı rayonundan olan tanınmış “Qardaşlar qrupu”-nun bir üzvünü avtomobil vuraraq öldürüb.

Bu günə Şirvan şəhərinin “Yeganə” şadlıq sarayında təyin olunan toy mərasimində iştirakı planlaşdırılan qrupun üzvlərindən biri- nağara ifaçısı 1967-ci il təvəllüdlü Mirzəyev Rəfayıl Əliheydər oğlu yolu keçərkən avtomobil vurub.
Rəfayıl Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qrup baş vermiş faciə ilə əlaqədar  şadlıq sarayında nəzərdə tutulan toy mərasimində iştirakdan imtina edərək oranı tərk edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button