“Qaynar Qazan”da Azər Həsrət-TAM VİDEO

SAM_9508

“Qaynar Qazan”ın budəfəki qonağı Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətdir. Onunla xeyli zamandır görüşməli idik. Sadəcə, gündəmimiz müsaid olmadı deyə bir az gecikdik. Gecikdik, amma Azər Həsrət də “Qaynar Qazan”da elə şeylər dedi ki, həqiqətən gündəm xeyli qaynayacaq. İllərin yığılıb qalan söhbətləri bir yana, elə başlayan kimi od püskürməyə başladı. Əvvəlcə Rauf Arifoğluna döşədi, sonra Azərbaycan mətbuatının və siyasətinin önəmli simaları onun tənqidindən nəsibini aldılar. AXCP sədri Əli Kərimli, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, tanınmış jurnalist Natiq Cavadlı… Ürəyi həqiqətən dolu imiş Azər Həsrətin və həqiqəqən ona ciddi bir “Qaynar Qazan” lazımmış…

Elmar Hüseynov öldürüləndə onun ölkə başçısı İlham Əliyevin haqqında ağır tənqid ehtiva edən çıxışı təbii ki, əsas müzakirə mövzumuz oldu. Suallar da əsasən, o istiqamətdə idi. Azər Həsrət bütün sualları dərin bir səmimiyyətlə cavablandırdı. İnanıram ki, onun bu demokratizmi heç bir partiya sədrində yoxdur. Əleyhinə olan bu qədər ağır sözləri-sualları cavablandırmaq, səsləndirilməsini xahiş etmək, mənim indiyə qədər Azərbaycan siyasi səhnəsində qarşılaşmadığım hadisədir. Bu, Azər Həsrətin ciddi uğuru, dözümü və nailiyyətidir.

Onun maraqlı yanaşmaları var. Bəzən nə istədiyi bəlli olmasa da, inadla haqlı və doğru olduğunu deyir. Dəyişmədiyini, gah da dəyişdiyini deyir. Sözlərindən imtina etmir, amma həm də İlham Əliyevə təşəkkür edir ki, onu vurub küçələrdə öldürməyə imkan verməyib. İnanır ki, onun kimi radikal adamlar mövqelərini onun kimi dəyişsələr, bir şeylə həllini tapar. Ancaq buna baxmayaraq, seçkilərə qatıla bilmir…

Jurnalistə ev hədiyyə olunmasından siyasi məhbuslara qədər hər şeydən danışdıq. Bu müsahibə “Qaynar Qazan”ın indiyəqədərki müsahibələrinin ən yaxşılarındandır təbii ki… Və hər şeyə oxucu-tamaşaçı qərar verəcək.

Oxucu-tamaşaçıların  diqqətinə “Qaynar Qazan”da Azər Həsrəti tam çatdırmağı qərara aldıq…

Əvəz Zeynallı

“Qaynar Qazan”da Azər Həsrətlə I hissə

“Qaynar Qazan”da Azər Həsrətlə II hissə

“Qaynar Qazan”da Azər Həsrətlə III – sonuncu hissə

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button