Qaynar Xəbər: Azərbaycan rəsmilərinə sanksiyalar Senat gündəminə gəldi

ABŞ Senatoru Riçard Durbin bu dəqiqələrdə Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib.

Senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Düzəliş 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub, və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.

İllinois ştatını təmsil edən Demokrat Senator Durbin 1997-ci ildən bəri Senatda xidmət edir.

İnsan haqlarının fəal müdafiəçisi kimi tanınan Senator Durbin Demokrat Partiyasının Konqresdə nüfuzlu qanunvericilərindən biri kimi tanınır.

Senator Riçard Durbin

Senator Riçard Durbin

 

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Mehman Əliyev Azərbaycan müstəqil medianın ilk pionerlərindən olan Turan xəbər agentliyinin qurucusudur. Beynəlxalq hüquq təşkilatları onun rəhbəri olduğu Turan agentliyini mətbuat azadlığının boğulduğu ölkədə müstəqil medianın sonuncu qalası kimi qiymətləndirib.

Mehman Əliyev Azərbaycan müstəqil medianın ilk pionerlərindən olan Turan xəbər agentliyinin qurucusudur. Beynəlxalq hüquq təşkilatları onun rəhbəri olduğu Turan agentliyini mətbuat azadlığının boğulduğu ölkədə müstəqil medianın sonuncu qalası kimi qiymətləndirib.

Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.

Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button