Qazaxıstan və Belarus qondarma soyqırım mərasiminə qatılmaqdan imitina etdi

ermenistan-parl-1

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) tərəfdaşları Qazaxıstan və Belarus qondarma erməni soyqırımının anım mərasimlərinə nümayəndə göndərməyib.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən ölkələrin rəsmilərinin Ermənistana səfəri barədə mediada heç bir məlumat dərc edilməyib.

Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyindən nazirin iş səfərində olduğu və onun proqramının bir həftə öncədən açıqlandığı bildirilib.

Qeyd edək ki, bir neçə il öncə sözügedən ölkələrin Ermənistanın AİB-ə üzv olmasını istəmədikləri barədə mediada məlumatlar yayılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button