Qazaxıstanda sərnişin təyyarəsi ön şassi açılmadan eniş edib – VİDEO
Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Astana hava limanında qəzalı eniş edib.
Xural.com report.az-a istinadən xəbər verir ki, təyyarə təyin olunan vaxtdan 40 dəqiqə sonra ön şassi açılmadan aeroporta enib.
Hava gəmisinin göyərtəsində 116 sərnişin və 5 heyət üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb.