QHT- lərin problemlərinin həlli ilə bağlı yayılan bəzi məlumatlar yanlışdır

Oktay Gülalıyev

Bəzi QHT rəhbərlərinin problemlərinin aradan qaldırılması ilə bağlı yayılan məlumatlara adı həmin məlumatlarda çəkilən hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün Facebook- səhifəsində münasibət bildirib. O, özü ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: “… Son zamanlar bəzi vətəndaş cəmiyyəti fəallarına, QHT rəhbərlərinə qarşı repressiyaların dayandırılması, onların üzərindən cinayət təqibinin götürülməsi, bank hesablarına qoyulan həbsin, ölkədən çıxışla bağlı qadağaların aradan qaldırılmasına dair mətbuatda məlumatlar dərc olunur. Siyahılar paylaşılır. Həmin məlumat və siyahılarda mənim də adım qeyd olunur.
Əlbəttə, bu istiqamətdə təşəbbüslərin olması, bəzi dostların problemlərinin həll olunması (əgər məlumatlar dəqiqdirsə) müsbət haldır. Baxmayaraq ki, bu problemləri hakimiyyət süni şəkildə özü yaradıb və hazırda yerli və beynəlxalq ictimaiyyətin ardıcıl, təsirli təzyiqlərindən sonra müəyyən yumşaldıcı addımlar atmağa başlayıb. Amma məlumat üçün bildirim ki, problemi həll olunan ictimai fəallar və QHT rəhbərləri ilə bağlı yayılan məlumatlarda, siyahılarda mənim adımın olması reallığı əks etdirmir. Bu hakimiyyət mənimlə, ailə üzvlərimlə, rəhbəri olduğum təşkilatla bağlı yaratdığı heç bir problemi həll etməyib və həll etmək istəyi də görünmür. Rəhbəri olduğum Demokratik İslahtlar Ugrunda İctimai Birlik (DİUC) 17 ildir əsassız olaraq dövlət qeydiyyatına alınmır. 2012-ci ilin 18 aprelində haqqımda açılan qondarma cinayət işinin təqibinə bu günə kimi xitam verilməyib. Ölkədən çıxışım yasaqdır. Övladlarım haqqında da anoloji vəziyyətdir. Mənimlə bağlı yayılan məlumatlarda qeyd olunur ki, ölkədən çıxış problemim guya həll olunub. Mənə pasport vermirlər, haqqımda olan cinayəti işinə xitam vermirlər. Polis nəzarəti altında ev dustağı olmağıma dair məhkəmənin qərarı var. Pasportu olmayan, haqqında cinayət təqibi davam edən, ev dustağı olan şəxs ölkədən necə çıxa bilər? Son günlər dəqiqləşdirdiyim bəzi məlumatlar da bu həqiqəti bir daha təsdiq etdi”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button