QHT rəhbərinin qələmini və eynəyini müsadirə ediblər

QHT rəhbərinin videokamera ilə təchiz edilmiş qələmini və eynəyini müsadirə ediblər

Bakı aeroportunda gömrük əməkdaşları Moskva-Bakı reysi ilə gələn “Yeni sabah” QHT-nin sədri İlqar Əliyevi saxlayıblar. Onun çemodanında gömrük bəyannaməsində göstərilməmiş müxtəlif ölçülü və formatlı 7 metal bıçaq, kameralı qələm, habelə kamera ilə təchiz edilmiş eynək aşkarlanıb.

İlqar Əliyev izahatında yazıb ki, bu əşyaları Pataya şəhərində (Tayland) mağazada alıb. Aparılmış ekspertizaya əsasən, 7 bıçaqdan beşi soyuq silah hesab olunur. Kamera ilə təchiz edilmiş qələm və eynəyə gəlincə, onlardan gizli yolla informasiya əldə etmək üçün istifadə oluna bilər. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır, deyə Gömrük Komitəsinin məlumatında bildirilir. Kriminalın məhz nədən ibarət olduğu açıqlanmır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button