QHT Şurası “Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edir

QHT Şurası  “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”  təsis yığıncağını keçirəcək. 
 
Bu barədə müsavat.com-a QHT Şurasından məlumat verildi. Xəbərdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Bundan irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”-nın 09 sentyabr 2016-cı il tarixində təsis yığıncağını keçirəcək.
Tədbir dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button