Qiyamət günü yaxınlaşır?!

Okean

Dünya okeanında suyun səviyyəsi 1,5 metr qalxa bilər

BMT-nin İqlim proqramının ekspertləri gözləyirdilər ki, Dünya okeanında suyun səviyyəsi Antarktidada buzlarının sürətlə əriməsi səbəbindən XXI əsrdə 50 santimetr qalxa bilər. Bu dəyişiklik hələ 2013-cü ildə proqnozlaşdırılırdı.

Azertağ.az “Rossiyskaya qazeta”nın saytına istinadla xəbər verir ki, bu barədə amerikalı ekoloqların araşdırmaların nəticələri “Nature” jurnalında dərc edilib.

“Əgər iki il bundan əvvəl BMT-nin hesabatında maksimum 2100-cü ilədək Dünya okeanının səviyyəsinin 98 santimetr qalxacağı güman olunurdusa, onda amerikalıların tədqiqatları artımın 1,5 metrə çatacağını göstərir. Bu, Nyu-York, Şanxay, Amsterdam və digər sahilyanı şəhərlər üçün təhlükə yaradacaq”, -deyə iqlimşünas, Massaçusets Universitetinin əməkdaşı Robert De Konto deyib.

Alimlərin nəticələri 125 min il əvvəl baş verən qlobal istiləşmə üzrə tədqiqatlara əsaslanır. Antarktida buzların əriməsini sürətləndirən amillərdən biri hidroqırılma effekti ola bilər; ərimiş su buz üstündə olan sahələrə də dolur, donaraq genişlənir və onları parçalayır.

Dünya okeanının səviyyəsi 1900-cü ildən 20 santimetr qalxıb. Alimlərin proqnozlarına görə, qlobal istiləşmə davam edərsə, 2500-cü ilədək daha 13 metr qalxa bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button