Qiyas İbrahimov–22

Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Qiyas İbrahimovla görüşüb. Bu haqda “Basta”ya məlumat verən vəkil qeyd edib ki, gənc fəal özünü normal hiss edir və saxlanma şəraitindən şikayəti yoxdur.

Nemət Kərimli həmçinin bildirib ki, sabah Qiyas İbrahimovun ad günüdür – onun 22 yaşı tamam olur.

Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onun Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F… the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiyas İbrahimovun üstündən 2 qram, evindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Mayın 16-da Qiyas İbrahimovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubuna münasibət bildirməyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button