Qiyas İbrahimov və Bayram Məmmədov ev dustaqlığına buraxılmadılar

NİDA üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması məsələsinə baxılıb. 

Bu barədə onların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib. O bildirib ki, vəkil Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatətlər təmin edilməyib. E.Sadıqov bu qərarları əsassız olduğunu və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Həmçinin müvəkkilinin aclıq aksiyasına başladığını bildirib:

“Bayram Məmmədov bildirdi ki, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb”.

Qeyd edək ki, gənc fəallar – Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb. Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yer alıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Vəkil Elçin Sadıqov həbs olunandan sonra gənclərin polis bölməsində ağır işgəncələrə məruz qaldıqlarını söyləyib və bununla bağlı onların öz məktublarını yayıb.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Gənclərin özləri və ailələri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir, həbslərinin siyasi motivli olduğunu qeyd edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button