QMİ:”Yaxın günlərdə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna başlanılacaq”

Qafqaz Müsəlmanları İdarəsi

Yaxın günlərdə Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu barədə elan veriləcək.

Bunu trend.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, əvvəlki illərdə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu nisbətən erkən tarixlərdə başlasa da, bu il sənəd qəbulu ləngiyir.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button