Qubad İbadoğlu: “Köhnə müəssisələri yenidən özəlləşdirmək cəhdi imitasiyadır”

Bu günlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə 65 dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Bir sıra mətbu orqanlarda Komitənin qərarı Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yenilik kimi təqdim edilib. Hətta Komitəyə istinadən bu hadisədən sonra büdcə gəlirləri və iş yerlərinin artacağı da bildirilib.
Məlumat üçün qeyd edim ki, Komitə tərəfindən özəlləşdirilməsi barədə hərraclar elan edilən əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir.
İnternetdə özəllşdiirilməyə çıxarılan səhmdar cəmiyyətlərinin maliyyə vəziyyətinə baxıb, təqdim olunan statistik məlumatları təhlil edərkən, məlum oldu ki, onların bir çoxunun səhmləri 70 faiz ətrafında və ya ondan çox satılıb, hazırda satışa çıxarılan zamanında satılmayan 30 faiz ətrafında qalan səhmlərdir. Belə ki, özəlləşdirmənin 1-ci sxeminə görə təqdim olunan obyektlərin 70 faizi vaxtı ilə dövriyyədə olan çeklərlə satılırdı ki, onların da 15 faizini kollektivin almaq hüqququ var idi, yerdə qalan 30 faizi isə nağd pula təklif olunurdu. Mənim hələ o zamanlar da tənqid etdiyim bu yanlış sxemin tətbiqindən sonra bir çox səhmdar cəmiyyətlərin səhmlərinin nagd satışa çıxarılan hissəsi – 30 faizi satılmamış qaldı. Elə bu səbəbdən də 1-ci özəlləşdirmə çərçivəsində dövlət büdcəsinə ciddi maliyyə vəsaiti daxil olmadı. Çünki səhm nəzarət paketi başqasının nəzarətində olan müəssisələrə adətən yeni investorlar maraq göstərmir.

çənlər

Təhlil göstərir ki, özəlləşdirməyə təqdim olunan bir çox müəssisələr fəaliyyət göstərmir və yaxud illərlə dayanandan sonra işlərini qismən bərpa ediblər. Məsələn, siyahıda olan “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətinin, çörək məmulatlarının istehsalı və satışı üzrə istisaslaşmış “Şəmkir” Açıq Səhmdar Cəmiyyətinin, “Zaqatala Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin və digərlərinin işçilərinin sayı 1 nəfər göstərilib.
Bununla yanaşı, həmin müəssisələr arasında zərərlə işləyənlər, kreditor borcu olanlar da kifayət qədərdir. Belə ki, “Mingəçevir Regenerat” Açıq Səhmdar Cəmiyyəti barədə məlumatdan görünür ki, müəssisənin son maliyyə ilinin nəticələrinə görə 299 449 manatdır, eləcə də “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyətinin kreditor borcları 931 120 manat təşkil edir.
Odur ki, səhmlərinin 70 faizinə qədəri satılan (səhm nəzarət paketi 1 nərəfin və qrupun əlində olan), külli miqdarda debitor borcları olan zərərlə işləyən və yaxud fəaliyyət göstərməyən belə əmlakların hərrraclarfa tezliklə satılacağını gözləmək sadəlövlük olardı. Hesab edirəm ki, belə müəssisələri özəlləşdirməyə çıxarmaqla Əmlak Məsələləri Dövlət Komitəsi çox uğursuz layihəyə imza atıb. Çox güman ki, hərraca çıxarılacaq bu müəssisələrin səhmlərinin böyük əksəriyyətinə sahib çıxan olmayacaq. Odur ki, Komitənin bu təşəbbüsünü prezidentin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanının icrasına ugursuz yanaşma və islahat imitasiya kimi dəyərləndirmək olar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button