Qubad İbadoğlu: “Maliyyə Bazarlarına Nəzarət Palatası absurd qərarlar verir”

pensioner

Palata bu dəfə də pensiyaçılara qadağa qoydu.

18 gün bundan əvvəl valyuta ilə dollar kreditlərinin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vura bilər. Əvvəla, hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır.
Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyada da (dövlət qulluqçuları, hərbçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox, aylıq təqaüd alanlar vardır. İkincisi, pensiyaçılar arasında işləyənlər və fərdi bizneslə məşğul olanlar da var ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir və onların depozitlərdən də gəlirlərə malikdir. Nəhayət, hətta işləməyən və depozit olmayan pesniyaçının da borc vəsaitlərindən faydalanmaq hüququ vardır. Onlar üçün bir çox ölkələrdə, hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən, pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti ümumiyyətlə mövcud olmur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button