Qubalılar icra hakiminin villasını yandırdılar – son xəbər

01.03.2012

saat 13.00

Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edir

Son xəbər

 Qubada icra hakimiyyətinin həyətində olan binalar yandırıldı

 Qubadan aldığımız son məlumata görə, xüsusi təyinatlıların qazdan və rezin güllələrdən istifadə etməsindən sonra aksiya iştirakçıları icra hakimiyyətinin həyətinə daxil olub. Qubada olan mənbəmizin məlumatına görə, əhali həyətə daxil olduğu an orada olan çayxana və digər binada güclü yanğın baş verib. Mənbəmizin bildirdiyinə görə, yanğını icra başçısının adamları törədib. Aksiya iştirakçıları həbs olunan iki şəxsin dərhal azad olunmasını və icra başçısının istefa verməsini tələb edib. Rayon prokuroru yenidən əhalinin qarşısında çıxış edərək bildirib ki, icra başçısı müşavirə keçirib, qubalılardan üzr istəyib və istefa verəcəyini söyləyib. Bundan sonra əhali icra başçısının evinə doğru yürüşə başlayıb. Mənbənin bildirdiyinə görə, bəzi qruplar icra başçısının evini yandırmaq üşün yürüşə başlayıblar. Həmin qrupların icra başçısı tərəfindən idarə edildiyi ehtimal olunur. Mənbənin bildirdiyinə görə, icra başçısı rayonda kütləvi iğtişaş görüntüsü yaradaraq vəziyyətdən çıxmaq istəyir.

Qeyd edək ki, bir müddət əvvəl icra başçısı Rauf Həbibovun bir toplantıda Qubalıları təhqir edib. Qubalılar bu üzdən icra başçısının istefasını tələb edir.
Saat 13.00-da –son dəqiqələrdə aldığımız məlumata görə, sakin icra başçısı Rauf Həbibovun Quba Olimpiya Korpusunu yanında yerləşən villası əhali tərəfindən ələ keçirilərək, yandırılıb.

Əfqan Muxtarlı

http://www.youtube.com/watch?v=DhFwGRFN8dA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button