Qubalılar icra hakimiyyəti binasını tutdu

01.03.2012

Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etdi

Bu gün səhər saatlarından etibarən Qubada minlərlə sakin icra başçısı Rauf Həbibovun istefa tələbi ilə etiraz aksiyasına başlayıb.

Qubada olan mənbəmizin məlumatına görə aksiyada 5 mindən artıq sakin iştirak edib. Aksiya iştirakçıları icra hakimiyyəti binası qarşısında “İstefa!”, “Ar olsun!” və “Rədd ol!” şüarlarını səsləndirib. Aksiya başlanarkən icra başçısı 2 nəfər rayon sakinini danışıqlar üçün qəbul edib. Mənbənin bildirdiyinə görə, nümayəndə heyəti başçıya istefa verməsini təklif edib. Bundan sonra icra başçısı və rayon prokuroru əhali qarşısında çıxış edib. Bir müddət sonra rayon prokuroru yenidən əhali qarşısında çıxış edərək bildirib ki, əhalinin tələblərinə əməl ediləcək. Prokuror eyni zamanda aksiyanın dayandırılmasını tələb edib və bildirib ki, əks təqdirdə aksiyanın dagıdılması üçün güc tədbiq ediləcək. Aksiya iştirakçısı olan mənbəmizin sözlərinə görə, prokurorun xəbərdarlığından sonra əhali şüarlar səsləndirərək dağlışmağa başlayıb. Bu zaman icra başçısının adamları aksiya iştirakçılarına hücum edib. Kütləvi dava başlayıb. Bundan istifadə edən xüsusi təyinatlılar gözyaşardıçı qazdan istifadə edib. Daha sonra havaya rezin güllələrdən atəş açılıb. Xüsusi təyinatlıların qanunsuz əmməli əhalinin qəzəbinə səbəb olub. Aksiya iştirakçıları hücumla icra hakimiyyətinin binasını 1-ci mərtəbəsini tutub.
Qeyd edək ki, bir müddət əvvəl icra başçısı Rauf Həbibovun bir toplantıda Qubalıları təhqir edib. Qubalılar bu üzdən icra başçısının istefasını tələb edir.

Əfqan Muxtarlı

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button