Qubaya Ziya Məmmədov və əlavə polis qüvvələri göndərildi

01.02.2012

Rayona verilən elektrik enerjisi kəsildi, internet bağlandı

RATİ-nin jurnalisti Rəşad Əliyev xidməti vəzifəsini yerinə yetirərkən Quba hadisələrində yaralandı

Qubada xalq üsyanı davam edir. Rayonda olan mənbənin bildirdiyinə görə, nəqliyyat naziri Ziya Məmmədov, Qubanın deputatı Vahid Əhmədov, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Qubaya ezam olunublar. Ziya Məmmədov icra başçısının yanan evi qarşısında çıxış edərək qubalılardan üzr istəyib. Deputat V. Əliyev isə həbs edilənlərin azadlığa buraxılacağını vəd edib. Mənbənin bildirdiyinə görə, eyni zamanda rayona Bakıdan əlavə polis qüvvələri gətirilib. Rayona verilən elektrik enerjisi kəsilib. Rayonda internet işləmir. Hətta mobil operatorların internet xidmətləri bağlanılıb. Mənbə həmçinin qeyd edib ki, yerli əhali icra başçısının Qeşleş kəndində olan villasını da yandırıb. Əhali məmurlara məxsus villaları mühasirəyə alıb və həbs olunanların azadlığa buraxılmayaçagı təqdirdə evləri yandıracaqlarını bəyan ediblər.
Qeyd edək ki, Qubanın Qeşleş kəndində icra başçısının villasının yaxınlığında dövlət başçısı İlham Əliyevə məxsus 3 nəqliyyat naziri Ziya Məmmədova məxsus 1 nəhəng villa var.

Əfqan Muxtarlı

http://www.youtube.com/watch?feature=player_embedded&v=XLf9PoDzt9E

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button