Rəşad Ramazanova təzyiqlər var

Rəşad Ramazanov

Siyasi və vicdan məhbusu Rəşad Ramazanovun həyat yoldaşı Könül Ramazanova onu ziyarət edib. 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Rəşad Ramazanov həyat yoldaşı vasitəsilə azadlığa çıxan bütün siyasi və vicdan məhbuslarını təbrik edib. O, ümid etdiyini bildirib ki, yaxın zamanlarda bütün digər siyasi məhbuslar da azadlığa qovuşacaq.

Könül xanımın xural.com-a verdiyi məlumata görə, Rəşad Ramazanov ona və ailəsinə yardımçı olan hər kəsi təbrik edib və salamlarını göndərib.

Aldığımız başqa bir xəbərdə isə Rəşad Ramazanova təzyiqlərin olduğu deyilir. Ona telefonla əlaqə saxlamaqda əngəl törədir, görüşlərini ləngidir, gündən-günə təzyiqlərini artırırlar.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qurumun cavabını da dərc etməyə hazırıq.

Rəşad Ramazanov 2013-cü il mayın 9-da həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə blogger Rəşad Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazan Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini hesab edir.
Amnesty International Rəşad Ramazanovu “vicdan məhbusu” elan edib.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button