Rəsul Cəfərov cəzaçəkmə müəssisəsinə köçürüldü

rəsulHəbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov saxlandığı Bakı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəsssisəsinə köçürülüb. Bu barədə Bizimyol.info saytı məlumat yayıb.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2 (mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində hökmdən verilən şikayətə baxılan zaman vergi borclarının ödənilməsini nəzərə alaraq, R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə ittihama xitam verilib və cəzası 6 il 3 aya endirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button