“Rəqsanəni tutub aparıb, harasına yazdırıbsa, sildirmək lazımdır…”

11111111111111111111122.06.2013

Deputatlar Rəqsanəyə qarşı

Nizami Cəfərov: “Rəksanə tərbiyəsizlik edib”
Aqil Abbas: “Onu tutub…”

Mügənni Rəqsanənin qoluna Heydər Əliyevin adını yazdırması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qeyd edək ki,  özü və ailə üzvlərinin adı insan alverində, həmçinin, digər qalmaqallı olaylarda hallanan müğənninin bu hərəkəti  sərt tənqid edilir.

Moderator.az-a açıqlamasında Milli Məclisin Mədənəiyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov Rəqsanəni bu əməlinə görə qınayıb: “Rəqsanənin Ulu Öndər Heydər Əliyevin adını  qoluna döydürməsi  tam səviyyəsiz, hətta mən deyərdim ki, tərbiyəsiz hərəkətdir.  Onun bu hərəkəti qeyri-ciddi məişət səviyyəsindədir.  Əgər o, ümumilli liderimizə hörmət edirsə, bunu etməməli idi. Rəqsanə gedib dədəsinin adını oraya yazmalı idi”.

Millət vəkili Aqil Abbas isə bildirib ki, Rəqsanəni tutub cəzalandırmaq lazımdır: “Onu tutub aparıb, harasına yazdırıbsa, sildirmək lazımdır. Rəqsanə olmasın başqası olsun. Bu tərbiyəsizlikdir. Axı o kimdir? Kim icazə verib ona?”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button