Rəşadət Axundov 3-cü dəfədir ki,doğum gününü həbsxanada qeyd edir

vsdhbsgf

Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

Təhsilini davam etdirən Rəşadət 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə (CEU) qəbul olunub. 2007-ci ildə oranın İşgüzar İdarəçilik üzrə Magistr Təhsilini (MBA) başa vurub.

19 iyun 2010-cu il tarixində, Bakıda keçirilən etiraz aksiyalarının birində, polis tərəfindən saxlanılır və barəsində 10 sutkalıq həbs qərarı çıxardılır.

8 mart 2011-ci il tarixində, Facebook-da təşkil olunmuş “Böyük Xalq Günü” adlı etiraz mitinqi ərəfəsində, ailəsiylə birgə olduğu zaman mülkigeyimli polis işçiləri tərəfindən faktiki olaraq oğurlanır. O, qara rəngli avtomobillə aparılır. Mülki geyimli şəxslər onları təqib edə bilməsinlər deyə Rəşadətin valideynlərindən avtomobilinin açarlarını zorla alırlar. Bir neçə saat sonra məlum olur ki, məhkəmə tərəfindən Rəşadət Axundova 5 sutka həbs cəzası verilib.

2005-ci ildə Yox Hərəkatına qoşulmuş və hərəkatın aktiv üzvlərindən biri olmuşdur. Daha sonra 2006-cı ildən fəaliyyətini OL! Azərbaycan Gənclər Hərəkatında davam etmiş və bir dönəm OL!-un İdarə Heyəti üzvü olmuşdur.

Rəşadət Axundov eyni zamanda 2009-cu ildə bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsindən sonra fəalların müdafiəsi məqsədilə yaradılmış Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının təsisçilərindən biri olub.

2011-ci ildə yaradılan  N!DA Vətəndaş Hərəkatının təsisçilərindən olur, sonra isə İdarə Heyətinə üzv seçilir.

2013-cü ilin 30 mart günü, Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) maddələri ilə ittiham edilərək saxlanılır. 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşadət Axundov barəsində hökm oxunur və 8 il müddətində azadlıqdan məhrum edilir. Rəşadət həbsdə olan zaman bir oğlu dünyaya gəlir. Onun həbs xəbərinə ürəyi dözməyən babası dünyasını dəyişir. Beynəlxalq Amnesty International Təşkilatı Rəşadət Axundovu “vicdan məhbusu” kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button