Rəsul Cəfərovun işi Apellyasiya məhkəməsində

rəsul cəfərovHüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökündən apellyasiya şikayəti verilib. Bu barədə xural.com-a vəkil Fariz Namazlı məllumat verib. O bildirib ki, şikayəti bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edib. Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2(mənimsəmə) və 313(vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button