Rabitə işçilərindən “Avroviziya” pulu yığılır

“Avroviziya-2012” mahnı müsabiqəsinin hazırlıq mərhələsindən narazılıq səngimək bilmir. İlk növbədə “Avroviziya 2012” keçirilməsi üçün ayrılmış ərazidə yerləşən evlərin köçürülməsi sakinlərin haqlı etirazına səbəb olmuşdu. Onlar normal konpensasiya ödənmədiyini, evlər üçün ayrılmış məbləğin bazar qiymətləri ilə üst-üstə düşmədiyini əsas gətirərək evlərini tərk etmək istəmirdilər. Ancaq Avroviziya ətrafında gəzən söz-söhbətlər bununla bitmir.
Rabitə və Texnologiyalar Nazirliyi Yeni il bayramı münasibətilə işçilərinə əlavə olaraq təqdim edilən mükafatı verməkdən imtina edib. İşçilərin bildirdiyinə görə, onlara Nazirlikdən həmin pulların “Avroviziya” ya görə verilmədiyi bildirilir.
Qeyd edək ki, “Avroviziya” üçün dövlət büdcəsindən milyonlarla pul ayrılsa da, büdcə təşkilatlarında çalışanlardan bu müsabiqə adı altında vəsait yığılması ilk fakt deyil.

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button