Rahim Qazıyev Pənah Məmmədova cavab verdi-VİDEO

Xanlar rayonunun (indiki Göygöl) keçmiş icra başçısı Pənah Məmmədovun “Azadlıq salnaməsi”nə verdiyi sonuncu müsahibə qalmaqala səbəb olub. Müsahibə dərc olunandan sonra Pənah Məmmədovun dedikləri ətrafında bəzi fikirlər səsləndi. Bu fikirləri səsləndirənlərdən biri də keçmiş Müdafiə naziri Rahim Qazıyevdir. Rahim Qazıyev əvvəlcə Pənah Məmmədovla debata çıxmaq istədi. Biz də öz növbəmizdə Pənah Məmmədova Rahim Qazıyevin istəyini çatdırdıq. Əvvəlcə debata razılıq versə də, sonra Pənah Məmmədov Gəncədə olduğunu, nə zaman Bakıya gələrsə o zaman da debata çıxa biləcəyini dedi. Bunu da Rahim Qazıyevə çatdırdıq. Rahim bəy isə Pənah bəyin gəlməsini gözləmədən özü videoçəkiliş edərək redaksiyamıza göndərdi. Biz də Rahim Qazıyevin cavab haqqını olduğu kimi yayınlamaq qərarına gəldik. Amma xural.com olaraq bildiririk ki, Pənah Məmmədovla Rahim Qazıyevin debat istəkləri olarsa, yenə də onların debatını təşkil edə bilərik. İndi isə Rahim Qazıyevin cavabını yayınlayırıq…

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button