Ramazan ayı və bu ayın əhəmiyyəti – VİDEO

elsad miriİlahiyyatçı Elşad Miri Ramazan ayının əhəmiyyəti haqda danışıb

Bu il Оrucluq – Rаmаzаn ayı iyunun 18-də başlanır. İyunun 17-i оrucluğun niyyət gecəsidir. 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurası Rаmаzаn ayının başlanması ilə bağlı verdiyi fətvada belə deyilir. 

 Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Ramazan ayı islam dininin müqəddəs kitabı – Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.

Trend xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun.

xural.com -un verdiyi xəbərə görə, Ramazan ayı və bu ayın əhəmiyyəti haqqında  İlahiyyatçı Elşad Miri cəmiyyətə qısa video təqdim edib:

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button