Ramil Səfərovun həbsxana görüntüləri yayıldı — FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Macarıstanda məhbus həyatı yaşamış Ramil Səfərov həbsxanadan fotolarını paylaşıb.

Xural.com Ölkə.az-a istinadən xəbər verir ki, R.Səfərov fotolarını öz şəxsi “Instagram” hesabındab paylaşıb. O, həmin fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini yazaraq qeyd edib.

Xatırladaq ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edililib. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib və onu mayor rütbəsi ilə təltif edib. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilib.

Sözügedən fotoları sizə təqdim edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button