Ramil Usubovun Gəncədə keçən “senzura”lı görüşü

ramil-usubovnbnb

Çəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev Daxili İşlər naziri Ramil Usubovun Gəncədə keçirdiyi görüşə senzura tətbiq edib…

Nazirlərin və dövlət məmurlarının rayonlarda əhali ilə görüşləri davam edir. Bunlardan sonuncusu Daxili İşlər naziri Ramil Usubovun Gəncədə keçirdiyi görüşdür. Noyabrın 6-7-də keçirilən görüşlərə maraq həddindən artıq çox olub. Xüsusilə, Milli Təhlükəsizlik Nazirliyində baş verənlər fonunda indi Ramil Usubovla görüşə gələnlər də başqa inam və düşüncə ilə gəliblər. xural.com-un Gəncədən aldığı məlumata görə, Ramil Usubovla görüşdə bir çox insident və qalmaqal yaşanıb. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun tapşırığı ilə rəis müavini İlqar Balakişiyev məşğul olub nazirin görüşü ilə. Yəni görüşün planlaşdırılması, kimlərin iştirak etməsi İlqar Balakişiyevə tapşırılıb. İlqar Balakişiyev isə 10 gün əvvəldən müraciət edənlərə “yox” cavabı verib.

xural.com-u Gəncədən arayan və məlumat verən sakinlər Ramil Usubovun görüşünə İlqar Balakişiyevin istəklərindən kənar bir adamın da buraxılmadığını deyirlər. Görüşdən bir neçə gün əvvəl İ.Balakişiyev görüşəcək adamların hamısını Gəncə Şəhər Baş Polis İdarəsinin binasına toplayıb, orada onları təlimatlandırıb və hansı sualları verəcəkləri ilə bağlı “profilaktik tədbir”lər görüb.

İdarənin sabiq əməkdaşları, xeyli müddətdir maaşlarını ala bilməyən polis əməkdaşları, onların yaşlı valideynləri nazirlə görüşmək istəsələr də, İ.Balakişiyevin senzurasından keçə bilməyiblər və bu da DİN Ramil Usubovun Gəncədə keçirdiyi görüşlərə kölgə salıb. Bir sabiq polis əməkdaşının xural.com-a dediyi kimi: “Əgər nazir Bakıdan durub buraya gəlirsə, o zaman deməli, problemi həll etməyə gəlir və biz də bütün problemlərimizi ona deməliyik, deyilmi? Əgər təcrübəli nazir əvvəlcədən təlimatlandırılmış adamlarla görüşəcəksə, problemi olan adamlar kənarda qalacaqlarsa, o zaman bu görüşlərə nə ehtiyac var ki? Ramil Usubov az-çox inanılan azsaylı məmurlardan biridir. Onun özü maraqlı olmamalıdır belə süni görüşlərin keçirilməsində. Gəncədə “əlinin papağını vəlinin, vəlinin papağını əlinin başına qoymaqda” ad çıxaran, bütün rəislərlə “dil tapan” İlqar Balakişiyev kimi adama nazir görüşü etibar etmək olar? Gərək bu haqda cənab Ramil Usubovun özü fikirləşə.”

Yazıda adı keçənlərin mövqeyini dərc etməyə hazırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button